"Qarabağ"ın rəqibinin 4 futbolçusu Xorvatiya millisinə çağırıldı

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"nun futbolçuları milli komandaya dəvət alıb.

Presssport.az xəbər verir ki, Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Zaqreb təmsilçisinin 4 futbolçusuna dəvət göndərib. 

Bunlar yarımmüdafiəçilər Marko Pyatsa, Petar Suçiç, Martin Baturina və hücumçu Bruno Petkoviçdi.

Xorvatiya UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də səfərdə Portuqaliya, 3 gün sonra isə evdə Polşa ilə qarşılaşacaq.

Xatırladaq ki, "Qarabağ" "Dinamo" ilə ilk oyunu sabah Zaqrebdə keçirəcək. Komandaların cavab görüşü isə 28 avqust tarixində Bakıda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC