Musayev yenə "Qarabağ"ın səfər matçında - bu dəfə "Maksimir"də

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Zaqreb "Dinamo"suyla ilk matçı “CBC Sport”la canlı yayımlanacaq.

Presssport.az xəbər verir ki, şərh yerindən olunacaq.

Bu məqsədlə adıçəkilən telekanalın şərhçisi Pərviz Musayev ağdamlılarla birgə Xorvatiya paytaxtına səfər edib.

Musayev bu axşamkı görüşü keçiriləcəyi Zaqrebdəki “Maksimir” stadionundan şərh edəcək. Qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, Pərviz "Qarabağ"ın ÇL-də son matçını - Bolqarıstan “Ludoqorets”inə 7:2 hesabıyla qalib gəldiyi III təsnifat mərhələsindəki cavab oyununu keçirildiyi Razqrad şəhərindəki “Ludoqorets Arena”dan şərh etmişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC