Mikels yalnız "Sabah"a qayıda bilər!

Premyer Liqamızda qış fasiləsi başlayandan adı hallanan əsas futbolçulardan biri Coy-Lens Mikelsdi. Presssport.az xəbər verir ki, "Sabah"da uğurla çıxış edən, keçən mövsüm vurduğu 17 qolla bombardiri olan, klubun tarixində ilk medalı və avrokuboklara vəsiqə qazanmasında böyük rol oynayan 29 yaşlı almaniyalı sol cinah yarımmüdafiəçisinin geri döncəəyi haqda məlumatlar dolaşır. Bu yerdə bildirək ki, Mikels yeni çempionat öncəsi təkcə “Sabah”ı yox, Azərbaycanı tərk etməyə qərar verərək, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyi üstün tutdu. Belə ki, Coy-Lens yarım ildi həmin ölkənin I Liqa təmsilçisi “Əl-Faysali”də çıxış edir. Onun adı bir neçə klubumuz, o cümlədən "Qarabağ"la "Neftçi" ətrafında hallansa da, bu transferi qış fasiləsində reallaşdırmaları mümkün olmayacaq. Çünki Mikels bu mövsüm ərəb klubundan gedərsə, yalnız “Sabah”da oynaya bilər. Məsələ ondadı ki, FİFA-nın qaydalarına görə, hər bir futbolçu bir mövsümdə yalnız 2 klubda çıxış etmək hüququna malikdi, 3-cüyə keçidi mümkün deyil. Coy-Lens də 2023/24 mövsümünə “Sabah”da başladığından, 2-ci klubu “Əl-Faysali” olduğundan, yalnız “Sabah”a dönə bilər. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC