"Qarabağ" - "Turan Tovuz" matçı 3-15 manata

Misli Premyer Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Presssport.az klubu mətbuat xidmətin istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. 

Belə ki, qapıarxası və künclərdə yerləşən sektorlar 3, mərkəzi sektorlar 7, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Xatırladaq ki, "Qarabağ" - "Turan Tovuz" qarşılaşması avqustun 24-də saat 18:15-də "Azərsun Arena"da baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC