"Dinamo"nun 2 futbolçusu Bakıdakı oyununu buraxa bilər

Zaqreb "Dinamo"sunun 2 futbolçusu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxa bilər.

Presssport.az xəbər verir ki, Zaqreb təmsilçisində Stefan Ristovski və Ariyan Ademinin zədə səbəbindən meydana çıxmamaq ehtimalı var.

Ademi "Şibenik"ə qalib gəldikləri (3:0) çempionatın III turunun qarşılaşmasında sıradan çıxıb. O, bu səbəbdən Azərbaycan menouinuykla ilk görüşdə də iştirak etməmişdi.

Ristovski isə məhz "köhlən atlar"la dueldə əzələsindən zədə alıb. Onun da Bakıdakı matçda oynaması sual altındadı.

Xatırladaq ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC