"Dinamo" azarkeşləri üçün Bakıdakı oyuna bilet 12 avro olacaq

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo"nun (Zaqreb, Xorvatiya) azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektor ayrılıb.

Pressssport.az xəbər verir ki, rəqib komandanın tərəfdarları üçün biletin qiyməti 12 avro (22 manat) təşkil edəcək.

Xatırladaq ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC