"Turan Tovuz"da itkilər - "Qarabağ"la oyunda niyə iştirak etmirlər?

Misli Premyer Liqasının IV turu çərçivəsində "Qarabağ"ın qonağı olan "Turan Tovuz" itki ilə üzləşib. 

Klubun mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, komandanın aparıcı futbolçularından olan Kristian da Silva son məşqlərin birində zədələnib. 

Braziliyalı futbolçunun zədəsi ağır olmasa da, məşqçilər riskə getmək istəməyib. Bu üzdən baş məşqçi Kurban Berdıyev ona istirahət verib.

Onu da bildirək ki, Kristianla yanaşı, Veysəl Rzayev də zədə səbəbi ilə bu matçı buraxmaq məcburiyyətində qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC