Cüdoçularımız Limaya gedir - dünya çempionatında iştirak edəcəklər

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.

Presssport.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.
Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparacaq.

Onu da bildirək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC