"Səbail" Premyer Liqada rekordunu təkrarlayıb

“Səbail” Azərbaycan çempionatlarında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Presssport.a xəbər verir ki, bu, Premyer Liqanın IV turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib.

Paytaxt təmsilçisi Gəncə klubunu 4 cavabsız qolla üstələyib.

Bununla da “Səbail” 8 illik tarixində 2-ci dəfə Premyer Liqa matçında 4 top fərqi ilə qalib gəlib. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qələbə qazanıb. Həmin nəticəni təkrarlayan “Səbail” evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC