Mehdi Cənnətov - 100!

Misli Premyer Liqasının IV turu “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün əlamətdar olub.

Presssport. az xəbər verir ki, 32 yaşlı qolkiper “gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü çempionat matçına çıxıb.

Bu, “Sabah”la səfər görüşünə təsadüf edib. Cənnətovun komandası bu qarşılaşmada 1:3 hesabı ilə uduzub.

Mehdi “Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb. Yubilyarın Premyer Liqada debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-21-ci illərdə “Sumqayıt” forması geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC