Millimizin oyunçusu karyerasını bitirdi

Qadın millimizin üzvü Marsedes Volker basketbolçu karyerasını yekunlaşdırıb.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

2015-ci ildən etibarən basketbol üzrə qadınlardan ibarət 3x3 Azərbaycan milli komandasının üzvü olan Volker peşəkar karyerasını başa vurub.

Marsedes son oyununu Avropa Kubokunda Avstriya yığmasına qarşı oynayıb.

Millinin heyətində 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Marsedes, bundan əlavə planetin ən böyük idman bayramı sayılan Olimpiya Oyunlarında da yığmamızın heyətində iştirak edib.

Azərbaycan Basketbol Federasiyası sabiq basketbolçuya milli komandamızın heyətində göstərdiyi xidmətlərə görə minnətdarlıq bildirib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC