Millimiz İspaniyada 3 yoldaşlıq görüşü keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz İspaniyadakı hazırlıq zamanı 3 yoldaşlıq görüşü keçirəcək.

Təlim-məşq toplanışına dəvət olunan futbolçuların adları və yoldaşlıq görüşlərinin təqvimi aşağıdakı kimidir:

Sadiq Məmmədzadə, Nihad Əliyev, Emil Bünyadzadə, Əşrəf Ələkbərli, Hikmət Cəbrayılzadə, Davud Mənsumov ("Qarabağ"), Osman Hüseynov ("Riqa" Latviya), Səlim Həşimov ("Zirə"), Hüseyn Hüseynov, Dinamin Bağırov ("Turan Tovuz"), Kənan Feyziyev, Nadir Orucov, Vüsal Paşayev,  Sənan Muradlı, Nihad Əhmədzadə, Nihad Orucəli ("Sumqayıt"), Məhəmməd Məmmədli, Surxay Nəbiyev, vMirşahbaz Şahbazov, Murad Məmmədov ("Neftçi"),  Qədir Ramazanov ("Qəbələ"), Şahin İbrahimov, Raul Zeynallı ("Sabah")

4 sentyabr

21:00. Şotlandiya (U-19) – Azərbaycan (U-19)
6 sentyabr

21:00. Niderland (U-19) – Azərbaycan (U-19)
9 sentyabr

13:00. Uels (U-19) – Azərbaycan (U-19)
Onu da bildirək ki, oyunların saatları Bakı vaxtı ilə göstərilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC