“Qəbələ”dən ardıcıl 3-cü böyükhesablı qələbə

Bu gün “Qəbələ” növbəti yoxlama oyununu keçirib. 

Presssport.az Kaxaber Tsxadadzenin komandası yeni mövsümə hazırlıq çərçivəsində I Liqada rəqiblərindən olacaq “Cəbrayıl”la üz-üzə gəlib.

Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. “Qəbələ” paytaxtda keçirilən görüşdə böyükhesablı qələbə qazanıb – 4:1. Komandanın qollarına Asif Məmmədov, Ürfan İsmayılov, Domi Jaures və Sənan Ağalarov imza atıb.

Xatırladaq ki, bu, “qırmızı-qaralar”ın mövsümə hazırlıq çərçivəsində 5-ci sınağı olub. Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən qəbələlilər “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2) və “Mingəçevir”ə (4:0) qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC