Millimizə Almaniya, İsveçrə və Serbiyadan futbolçular dəvət olunub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-dən 7-dək Bakıda, sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Toplanışa dəvət olunan futbolçuların adları və oyunların təqvimi aşağıdakı kimidir:

Məhdi Həsənov, Elşən Atakişiyev, Kamil Məmmədov, Elvin Vəliyev,  Vusal Kərimov, Elnur Abdullayev  (hamısı "Neftçi"), Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, Tunar Muradov,  İbrahim Xəlilov (hamısı "Sabah"), Fərid Cabbarlı, Murad Qurbanov (hər ikisi "Zirə"), Rəvan Teymurov, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Nihat İsgəndərov, Əli İbrahim (hamısı "Qarabağ"), Zeyd Nəsirulla ("Hertha Zehlendorf", Almaniya), Nihad İsaqov ("Kəpəz"), İbrahim Babayev ("Servette FC 1890" İsveçrə), İslam Həsənov ("Srvena Zvezda", Serbiya)

9 sentyabr

17:00. Türkiyə - Azərbaycan (Darıca stadionu)

 12 sentyabr

14:00. Türkiyə - Azərbaycan (Darıca stadionu)

Onu da bildirək ki, hər 2 oyunun başlama saatı Bakı vaxtı ilə göstərilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC