Paris-2024: Bu gün 3 paralimpiyaçımız çıxış edəcək

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 idmançısı çıxış edəcək.

Presssport.az xəbər verir ki, parataekvondoçumuz İmaməddin Xəlilov (K-44, 70 kq) 1/4 finalda yarışacaq.

Belə ki, o, Fil Dişi Sahili və Kuba idmançılarının görüşünün qalibi ilə üz-üzə gələcək. 1/4 final döyüşü Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.

Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Kamran Zeynalov (P1 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçmada iştirak edəcək. Bu mərhələyə Bakı vaxtı ilə 13:15-də start veriləcək. Paraatıcılıq üzrə final görüşləri 16:00-da başlayacaq.

Paraatlet Oloxan Musayev F55 kateqoriyası üzrə nüvəitələmədə mübarizə aparacaq. Bu yarışa Bakı vaxtı ilə saat 21:05-də start veriləcək.

Xatırladaq ki, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K-44, 58 kq) sentyabrın 8-də başa çatacaq paralimpiadada ötən gün bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC