"Neftçi"dən asan qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun iki oyunu baş tutub. Presssport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "Sərhədçi" və “Sabah” üzləşib. Litvalı Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri “Sabah” rəqibi üzərində 96:71 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Cəbrayıl Əkbərov - 15 xal, 4 ribaund), "Sabah" (Desmond Kembric - 18 xal, 7 asist).

Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş “Neftçi” çempionatın aşağı pillələrində qərarlaşmış “Sumqayıt” ilə qarşılaşıb və 113:96 hesablı rahat qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 24 xal, 4 asist), "Sumqayıt" (Lenard Dikson - 29 xal, 6 ribaund)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC