"Qarabağ" Andrade ilə müqaviləni yenilədi

"Qarabağ” legioneri Leandro Andrade ilə müqaviləni yeniləyib. 

Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşləçkabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.

Leandro 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC