"Qalatasaray" hücumçusunu "Qarabağ"ın rəqibinə icarəyə verdi

"Qalatasaray" futbolçusu Volfrid Zahanı icarəyə verib.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Belə ki, Fil Dişi Sahili yığmasının üzvü olmuş 3ü yaşlı hücumçu karyerasını "Lion"da davam etdirəcək. Onunla müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. Sözləşmənin 3 milyon avro dəyərində olduğu bildirilir.

Volgrid 2023-cü ildə keçdiyi “Qalatasaray”ın heyətində ümumilikdə 43 oyuna çıxıb, 10 qol vurub. Bundan əvvəlki bütün karyerasını isə İngiltərədə keçirib. Belə ki, o, "Kristal Pelas", "Kardiff Siti" və "Mançester Yunayted"də çıxış edib.

Xatırladaq ki, "Lion" "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC