Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəlib

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 24-cü pilləyə yüksəlib.

Presssport.az xəbər verir ki, yığmamızın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Ötən gün Azərbaycan paraüzgüçüsü Raman Saley gümüş medal qazanıb. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal əldə edib.

Siyahıya Çin (20 qızıl, 15 gümüş, 7 bürünc) başçılıq edir. Böyük Britaniya (11 qızıl, 8 gümüş, 6 bürünc) 2-ci, Braziliya (8 qızıl, 3 bürünc, 12 bürünc) 3-cüdü.

Xatırladaq ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC