"Sabah"da baş məşqçi əvəzi idi, Kurtinaytisə yeni köməkçi oldu

"Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytisin köməkçisi məlum olub.

Presssport.az xəbər verir ki, bu vəzifəyə serbiyalı mütəxəssis Qoran Milyeviç gətirilib.

Artıq Bakıda olan 55 yaşlı məşqçi bu gün kollektivə təqdim olunacaq.

Bunadək “Sabah”da baş məşqçi əvəzi olan Bozinovski ilə bağlı yekun qərarı isə Rimas Kurtinaytis verəcək.

Qeyd edək ki, Milyeviç daha əvvəl İsrailin “Hapoel Eilat”, Slovakiyanın “Luçenets”, Almaniyanın "Karlsrue" və Səudiyyə Ərəbistanının “Əl-Ansar” klublarında işləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC