UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmo"nu cərimələyib.

Presssport.az xəbər verir ki, buna səbəb İsveç təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının pley-off mərhələsində evdə "Sparta" (Çexiya) ilə ilk oyunda qayda pozuntularına yol verməsidi.

Belə ki, fanatların pirotexniki vasitələrdən istifadəsinə görə "Malmo" 38 000 avro cərimələnib.

İsveçlilər məzh bu mərhələdə uduzmaqla Avroliqanın Liqa mərhələsinə düşüb. 

Xatırladaq ki, “Qarabağ” “Malmö”yla oyununu oktyabrın 3-də saat 20:45-də Bakıda keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC