"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasının püşkatması keçirilib.

Presssport.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək "Sabah"ın da rəqibi bəlli olub.

Belə ki, mübarizəyə II mərhələdən başlayacaq “bayquşlar" İsveçrə “Bazel”i ilə qarşılaşacaq. İlk oyun oktyabrın 23-də səfərdə, cavab oyunu isə noyabrın 6-da evdə keçiriləcək.

Onu da bildirək ki, bu cütün qalibi III mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC