"Sabah"ın liderlə ev oyununun biletləri satışda

"Sabah" Misli Premyer Liqasında növbəti ev oyununu “Turan Tovuz”a qarşı keçirəcək.

Presssport.az xəbər verir ki, qarşılaşma sentyabrın 15-də saat 20:30-da “Bank Respublika Arena”da baş tutacaq.

Biletləri “iticket.az” saytından (link şərh bölməsində), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək olar.

Oyuna gecikən tamaşaçılar (oyunun 1-ci hissəsi bitdikdən sonra) stadiona buraxılmayacaq.

Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağandı.

Stadionu tərk edən tamaşaçılar eyni biletlə stadiona təkrar giriş edə bilməyəcək.

Xatırladaq ki, “Turan Tovuz” 5 turdan sonra turnir cədvəlində vahid lider, “Sabah” onun ən yaxın izləyicisidi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC