Millimizin futbolçusu baş məşqçisiz qaldı - gələndən 2 ay sonra qovuldu

Millimizin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor”da baş məşqçi Serhat Gülpınarla yollar ayrılıb.

Presssport.az xəbər verir ki, bunu klubun prezidenti Savaş Abak açıqlayıb.

O, Güpınarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini söyləyib.

“Boluspor” bu mövsüm I Liqada 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub. Vüsal bu oyunlardan 3-ndə meydana çıxıb.

Onu da bildirək ki, bolulular Gülpinarı yay fasiləsində - 2 ay əvvəl baş məşqçi postuna gətirmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC