"Qızıl medalımızı Azərbaycan xalqına həsr edirəm" - Lamiyə Vəliyeva

“Medalımı Azərbaycan xalqına həsr edirəm. Bu ”qızıl" mənim və bütün komandamızın əziyyətinin bəhrəsidi. İdmana və paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".

Presssport.az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.

100 metr məsafəyə qaçışda fəxri kürsünün 1-ci pilləsinə qalxan paraatlet dünya rekordunu da yenilədiyi üçün çox sevindiyini vurğulayıb:

"Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. 

Onu da bildirək ki, Vəliyeva sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC