"Hypers Guba"nın qələbəsi ləğv olundi - AFFA texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi II Liqada çıxış edən 2 komandaya -  “Hypers Guba” və "Sheki City”yə 0:3 hesablı texniki məğlubiyyət verib. 

Presssport.az xəbər verir ki, hər ikisi I turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.

Belə ki, “Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb. Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələnib. 

Xatırladaq ki, “Hypers Guba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə 3 cavabsız qolla məğlub olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC