"Məğlubiyyətə baxmayaraq qrupdan çıxmaq üçün şanslarımız var" - Rimas Kurtinaytis

"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytisin Avropa kubokunun "Maroussi" ilə görüşündən sonra mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, litvalı mütəxəssis Azərbaycan çempionunun bu oyundakı məğlubiyyətə (70:82) belə izah verib:  "Maroussi” yüz illik tarixi, basketbol ənənələri olan komandadı. Daxili çempionatlarında da yaxşı çıxış edir. Son turda Çempionlar Liqasında iştirak edən “Kolossos”u məğlub edib. “Norrköping”lə 28, “Spirou” ilə oyunda 38 xal toplayan DeAndre dünən dizində ağrılar hiss etdiyi üçün bu dəfə heyətdə yox idi. Daha öncə Endər zədələnmişdi. Mövcud şəraitdə rotasiya ilə bağlı problemləri nəzərə alsaq, oyunda olan basketbolçularımızın mübarizəsindən razıyam. “Maroussi” bizim qrupun favoritidi. Qarşıda bizi daha 4 oyun gözləyir. Məğlubiyyətə baxmayaraq qrupdan çıxmaq üçün şanslarımız var".

Xatırladaq ki, “Sabah” qrupda ilk matçında da uduzaraq xalsızdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC