Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 4 medalla başa vurub

Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən “WTT Youth Contender” turnirini 4 medalla başa vurub.

Presssport.az xəbər verir ki, yarışın son günündə milli komandamızın aktivinə daha bir medal yazılıb.

13 yaşlı idmançiların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb.

Xatırladaq ki, yarışın ilk günlərində Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafat qazanmışdı.

Beynəlxalq yarışda ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançıları mübarizə aparıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC