"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq

Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə yekun vurulacaq.

Presssport.az-ın Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində son mükafatçılar müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri əvvəlki 2 gündə 11 medal (3 qızıl, 3 gümüş, 5 bürünc) qazanıb.

Yarışa Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıb.

Onu da bildirək ki, reqatanın yekununda bağlanış mərasimi baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC