Boks millimiz Avropa çempionatında ilk medalını rəsmiləşdirib

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib.

Presssport.az xəbər verir ki, yığmamızın heyətində ilk mükafatı Marjona Savriyeva aktivinə yazdırıb.

Belə ki, 50 kq çəkidə mübarizə aparan boksçumuz yarımfinalda Dominika Kuçjevska (Polşa) ilə üz-üzə gəlib. Görüşdə rəqib 4:1 (29:28, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazandığından Savriyeva Avropa çempionatını bürünc medalla başa vurub.

Onu da bildirək ki, yarımfinal mərhələsində yığmamızın daha 3 boksçusu rinqə çıxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC