Məsut Özil Vətən müharibəsi şəhidinin ailəsində olub

Azərbaycanda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Vətən müharibəsi şəhidi Elgün Quliyevin ailəsində olub.

Presssport.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Quliyev 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Noyabrın 9-da-müharibənin sonuncu günündə Şuşada şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC