"Real" darmadağınla Super Kuboku qazandı, Vinisius "El Klasiko"da tarixə düşdü

İspaniya Super Kubokunda final oyunu keçirilib. Presssport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən həlledici matçda "Real" və "Barselona" üz-üzə gəlib. "El Klasiko" Madrid klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1. Görüşdə Vinisius Junior het-trik etməklə qəhrəman olub. Özü də braziliyalı hücumçu XXI əsrdə "El Klasiko"da ən erkən het-trikə imza atan futbolçu kimi tarixə düşüb. Belə ki, Vinisiusa bunun üçün 32 dəqiqə lazım olub. Beləliklə, "Real" tarixində 13-cü dəfə bu titulu qazanıb. "Barselona" 14 kubokla turnirin rekordçusu olaraq qalır. "Real" - "Barselona" - 4:1 Qollar: Vinisius Junior, 7 (1:0), 10 (2:1), Levandovski, 33 (2:1), Vinisius Junior, 39-pen. (3:1), Rodriqo, 64 (4:1) Qırmızı vərəqə: Arauxo, 71 ("Barselona")

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC