"Qəbələ"nin yeni transferi qol vurdu, Salah sevinməyə imkan vermədi

"Qəbələ"nin yeni transferi Klesio Bauk Mozambik millisində qol vurub. Presssport.az xəbər verir ki, hücumçu Afrika Millətlər Kubokunun B qrupunun ilk turunda Misirə qarşılaşmada fərqlənib. Belə ki, fasilədən dərhal sonra meydana çıxan Bauk 58-ci dəqiqədə komandasını hesabda 2:1 irəli çıxarıb. Amma "Liverpul"lu Mohammad Salah 90+7-ci dəqiqədə penaltidən fərqlənərək mozambiklilərin qələbəsinə imkan verməyib - 2:2. B qrupunda Qana və Kabo-Verde yığmaları da yer alıb. İkincilərdə "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade çıxış edir. Xatırladaq ki, "Qəbələ" bu ay heyətinə qaytardığı Klesioyla 2,5 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC