Kurtinaytis başa çatan avrokuboklar mövsümünü dəyərləndirib: "Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik”

“Düşünürəm ki, məğlub olduğumuz oyunlara baxmayaraq, Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik”.

Presssport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqşisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis İsveçdə "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəldikləri FIBA Avropa Kubokunun G qrupundakı matç barədə fikirlərini bölüşərək qalib gəldikləri üçün şad olduğunu söyləyib: "Bu qələbəyə layiq idik! Təslim olmadıq. İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük. Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 görüşdə təsirini göstərdi. Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu. İsveçdə daha hiyləgər, gücümüzü düzgün bölüşdürərək oynadıq. Bu matçda komandada irəliləyiş gördüm".

Xatırladaq ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" klubuna uduzub - 70:82, 71:82. Azərbaycan çempionu həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC