“Səbail”in yeni baş məşqçisi Cavid Hüseynovun korpusu müəyyənləşib.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Presssport.az-a verdiyi məlumata görə, onun köməkçiləri arasında sabiq baş məşqçi Şahin Diniyevin gətirdiklərindən də biri olacaq.
Bu, qapıçılarla işləyən, millimizin sabiq məşqçisi Arif Əsədovun oğlu Fuad Əsədovdu: “O da Şahin müəllimim gedişindən sonra ayrılmışdı. Lakin Cavid Hüseynov gəlişiylə Fuadı qaytarıb. Baş məşqçinin dugər köməkçiləri Elvin Məmmədovla Vüqar Bəybalayev olacaq. Bir də analitik Zaur Əliyevdi ki, o, hələ Diniyevdən də əvvəl əsas komandamızda çalışır”.
Məmmədov hələ ki açıq qalan məsələnin hazırlıq üzrə məşqçiylə bağlı olduğunu deyub ki, buna bu gün aydınlıq gələcəyi gözlənilir: “Fiziki hazırlıq üzrə köməkçi məşqçi əncəbi mütəxəssis olacaq ki, kimliyi hələ dəqiqləşməyib. Bir-iki nəfərlə danışmışıq, cavab gözləyirik. Bu gün məsələyə nöqtə qoyulacağı gözlənilir".
Xatırladaq ki, “Səbail" ”Turan Tovuz"dan gələn 36 yaşlı Hüseynovla 2025/26 mövsümünün sonunadək müqavilə imzalayıb. “Dənizçilər” Misli Premyer Liqasıın son turundakı matçına Elvin Məmmədovun rəhbərliyi altında çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC