"Hamı pozitivdi, Azərbaycanla oyunu səbirsizliklə gözləyirik" - millimizlə matçda dubl müəllifi

İsveç milli komandasının hücumçusu Aleksandr İsak Millətlər Liqasının C1 qrupunun 5-ci və 6-cı turlarının Slovakiya (16 noyabr) və Azərbaycan (19 noyabr) milli komandalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, İsveç Futbol Federasiyasının rəsmi saytına danışan “Nyukasl”ın hücumçusu yığmaya qayıtmağın həmişə xoş olduğunu deyib: "Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdir. Slovakiya və Azərbaycanla iki vacib oyunu səbirsizliklə gözləyirik".

İsveç - Azərbaycan oyunu Solnadakı “Strouberri Arena”da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Xatırladaq ki, İsak millimizi ilk turda Bakıda 3:1 hesabıyla məğlub etdikləri matçda dubla imza ataraq qələbədə əsas pay sahibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC