Elxan Abdullayev startdakı məğlubiyyətin əsas səbəbini açıqlayıb: "Hələ də şanslarımız qalır."

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsində İslandiya yığması ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Presssport.az AFFA-nın rəsmo saytına istinadən xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçda yaxşı təşkil olunmuş komandaya qarşı oynadıqlarını söyləyib: "Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq. İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.

Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını söyləyib: “Növbəti rəqibimiz İrlandiya millisidir. Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq. Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.

Xatırladaq ki, U-19 millimizin İrlandiya ilə oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC