FİFA prezidenti Canni İnfantio Bakıda təşkil olunan COP29-da iştirakıyla bağlı fikirlərini açıqlayıb.
Presssport.az xəbər verir ki, şəxsi “İnstagram” səhifəsində bu haqda yazan dünya ali futbol qurumunun rəhbəri tədbirdə iştirak etməyin şərəfli olduğunu vurğulayıb: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünya liderlərinin iqlim dəyişikliyi ilə bağlı həyati vacib qlobal problemi həll etmək üçün bir araya toplaşdıqları COP29-a, gözəl Bakıya dəvət almaq şərəfli idi. Planetimizin, eləcə də futbolun gələcəyini stadionda keçirilən bu konfransda iştirak edən Prezident Əliyev və bir çox dövlət başçıları ilə müzakirə etdim.
Beynəlxalq təşkilat olaraq FİFA ətraf mühitin və iqlimin mühafizəsi üzrə öz məsuliyyətini ciddi qəbul edir. Yüksək keyfiyyətli müxtəlif beynəlxalq sertifikatlaşdırılmış layihələrə investisiyalar vasitəsilə iqlimlə bağlı fəaliyyətə dəstək olmaq və töhfə vermək üçün proqramlar hazırlamış və həyata keçirmişik. Ona daha da məmnun oldum ki, konfransa iştirak edən hər kəsin ümumi məqsədi var idi: uşaqlarımız və onların birgə gələcəyi. FİFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC