"Qarabağ", "Sabah", "Turan Tovuz"... - CİES göstəriciləri açıqladı

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) ölkələrin yerli çempionatlarında cərimə meydançasından qapıya ən çox zərbə vuran klubların statistikasını açıqlayıb.

Presssport.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasının statistik göstəriciləri də var. 

Azərbaycan çempionatında cərimə meydançasından qapıya ən çox zərbə vuran klub "Qarabağ"dı. Belə ki, Ağdam təmsilçisi hər matçda ortalama 6,67 dəfə qapıya cərimə meydançasından zərbə endirib. 

2-ci yerdə "Sabah"dır - hər matçda ortalama 6 zərbə. İlk "3-lüy"ü isə “Turan Tovuz” qapayır - ortalama 4.38 zərbə.

Azərbaycan Premyer Liqasında cərimə meydançasından qapıya ən çox zərbə vuran klubların sıralaması

1. "Qarabağ" - ortalama 6.67 zərbə

2. "Sabah" - ortalama 6 zərbə

3. "Turan Tovuz" - ortalama 4.38 zərbə

4. "Neftçi" - ortalama 4.31 zərbə

5. "Araz-Naxçıvan" - ortalama 3.83 zərbə

6. "Şamaxı" - ortalama 3.75 zərbə

7. "Sumqayıt" - ortalama 3.67 zərbə

8. "Zirə" - ortalama 3.54 zərbə

9. "Kəpəz" - ortalama 2.46 zərbə

10. "Səbail" - ortalama 2.08 zərbə

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC