Kolumbiyadakı diplomatımız I Liqa klubunun rəhbərliyinə gətirildi

I Liqa təmsilçisi "Difai"nin rəhbərliyində yeni sima təmsil olunmağa başlayıb.

Presssport.az xəbər verir ki, Azərbaycan Respublikasının Kolumbiyadakı səlahiyyətli diplomatik nümayəndəsi Namik Ramazanov klubun İdarə Heyətinə üzv təyin edilib.

Hazırda Bakıda olan diplomat funksionerlər və komanda üzvləri ilə görüş keçirib.

O, futbolla yaxından maraqlandığını, bu idman növündə baş verənləri daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Ramazanov 1905-ci ildə yaradılan "Difai" təşkilatının adını futbol sektorunda yaşadan klubla münasibətlərinin yaranmasından məmnunluq hissi keçirdiyini söyləyib.

Səlahiyyətli nümayəndə 3 il öncə fəailiyyətə başlayan "fədailər"in inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC