Millimizin futbolçusu Emil Səfərov bu yay keçdiyi “Neftçi”də qol hesabını açıb.
Presssport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XIV turunda “Zirə”ylə “Neftçi Arena”da 2:1 hesabıyla qalib gəldikləri matçda baş verib.
Belə ki, Emil görüşün 68-ci dəqiqəsində uzaq məsafədən gözəlı dəqiq zərbəylə komandasının qələbə topunun müəllifi olub - 2:1.
21 yaşlı Səfərov “ağ-qara” formada ilk qolunu 11-ci oyununda vurub. Maraqlıdı ki, gənc yarımmüdafiəçi bunadək sonuncu qoluna da məhz “Neftçi” Arena"da imza atmışdı. Sadəcə, onda “Neftçi”yə rəqib idi və həmin vaxt - 2023/24 mövsümündə çıxış etdiyi, yetirməsi olduğu “Qəbələ”nin heyətində fərqlənmişdi. O, bu ilin yanvarın 28-də keçirilən matçın 87-ci dəqiqəsində hesab arasında fərqi minimuma endirsə də, bundan az sonra meydaan sahibləri yenə qol vuraraq 361 hesablı qələbə qazanmışdı.
Zirəlilərlə qarşılaşmada hesabı açan “Neftçi”nin digər mərkəz yarımmüdafiəçisi Filip Ozobiç isə bu mövsüm ilk qoluna sevinib. Onun üçün "ağ-qaralar"da debüt ili keçən mövsüm idi və həmin vaxt 7 dəfə rəqib qapısına yol tapmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC