Peşəkar Futbol Liqasının (PFL) Misli Premyer Liqası, 1-ci liqa və 2-ci liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.
QOL.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, qaliblər artıq PFL-in “Facebook” səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər heyəti aşağıda adları qeyd edilən şəxslərdən ibarətdir:
1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti
2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi
3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru
4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru
5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru
6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü
7. Nazim Əliyev – futbol mütəxəssisi
8. Nazim Süleymanov – futbol mütəxəssisi
9. Arif Əsədov – futbol mütəxəssisi
10. Aslan Kərimov – futbol mütəxəssisi
11. Mahmud Qurbanov – futbol mütəxəssisi
Məlumatda bu da qeyd olunub ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC