"Qarabağ"a 2 qol vuran futbolçu silahlı hücuma məruz qalıb

"Lion"un hücumçusu Jorj Mikautadze silahlı hücuma məruz qalıb.

Presssport.az xəbər verir ki, hadisə futbolçu Liqa 1-in "Nitsa" ilə matçından (4:1) evə qayıtdıqdan sonra baş verib. 

Belə ki, 23 yaşlı gürcü forvard evə girərkən üzlərində maska olan şəxslər onu qarşılayıb. İki nəfər soyğunçu Mikautadze ilə birlikdə evə daxil olub. Onlar futbolçunun 200 min avro dəyərində olan əşyalarını aparıb.

Jorj hadisə ilə bağlı ifadə verib. Yerli polis soyğunçuların tapılması üçün fəaliyyətə başlayıb.

Xatırladaq ki, "Lion" Mikautadzeni mövsümün əvvəlində digər Fransa təmsilçisi "Mets"dən transfer edib. Gürcüstan millisinin üzvü Avropa Liqası Liqa mərhələsinin Bakıda keçirilən oyununda (4:1) "Qarabağ"a 2 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC