Azərbaycan karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində medal sıralamasında 1-ci yeri tutub.
Presssport.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 177 medal (42 qızıl, 49 gümüş, 86 bürünc) əldə edib.
İdmançılar həm fərdi, həm də komanda şəklində uğurlu çıxış edib.
Qazaxıstan (11 qızıl, 4 gümüş, 8 bürünc) ikinci, Türkiyə (8 qızıl, 8 gümüş, 7 bürünc) üçüncü olub.
Onu da bildirək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə reallaşıb. Turnirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC