Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 15 və 16 yaşadək futbolçular üçün seleksiya məşqləri keçirilib.
Qurumdan Presssport.az verilən məlumata görə, məşqlərdə Muxtar Respublikanın müxtəlif rayon və şəhərlərindən ümumilikdə 60-a yaxın yeniyetmə iştirak edib.
Onlar əvvəlcə məşqçilər tərəfindən verilən tapşırıqları icra edib, daha sonra ikitərəfli oyunlarda nəyə qadir olduqlarını göstərməyə çalışıb. Muxtar respublikada, eləcə də “Araz-Naxçıvan”ın akademiyasında çalışan məşqçilər potensiallı və perspektivli futbolçuları müəyyən edib.
Seçilən yeniyetmələrdən ibarət komanda formalaşdırılacaq və onlar mütəmadi olaraq məşqlərə və oyunlara cəlb olunacaq. İnkişaf edən və fərqlənən futbolçular gələcəkdə “Araz-Naxçıvan”nın akademiyasına qəbul olunacaq.
Onu da bildirək ki, bu seleksiya xarakterli məşqlər hər həftə təşkil olunacaq. Növbəti məşqdə qapıçılarla bağlı seçim ediləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC