"Araz-Naxçıvan" tarixdə ilk dəfə Azərbaycan çempionatında turu 1-ci pillədə başa vurub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turunda gerçəkləşib.
Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan, adətən turni cədvəlin başçılıq edən “Qarabağ”ın ehtiyatda 1 oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədi. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Xatırladaq ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC