"Sabah"ın futbolçusu Pavol Şafranko təqdirəlayiq addım atıb.
Presssport.az xəbər verir ki, slovakiyalı hücumçu "Turan Tovuz"un ağır zədələnərək əməliyyat olunan moldovalı müdafiəçisi Denis Marandiçini ziyarət edib.
Pavol Denisin müalicə aldığı xəstəxanaya yollanaraq, xəsarət yetirdiyi futbolçunun durumu ilə yaxından maraqlanıb.
Xatırladaq ki, Marandiçi "Turan Tovuz" - "Sabah" matçında (2:2, pen. 1:3) Şafranko ilə toqquşmadan sonra ayağı sınıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC