Misli Premyer Liqasının son turunda "Zirə" ilə Tovuzdakı oyunda zədələnərək meydanı erkən tərk edən “Kəpəz”in legioneri Paçu Lira MRT müayinəsindən keçirilib.
Presssport.az klubun tibbi xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçuda ciddi bir şey aşkarlanmayıb.
Yüngül formada əzələ dartılması olan Paçu bu gün fərdi halda məşq edəcək. Sabahdan isə kollektiv məşqlərə qoşulacaq.
Xatırladaq ki, “Kəpəz” növbəti turda dekabrın 15-də “Neftçi”nin qonağı olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC