"Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər də var, ona qalib gəlmək gücündəyik" - "Elfsborq"un baş məşqçisi

"Elfsborq"un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunu haqqında danışıb.

Presssport.az xəbər verir ki, isveçli mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında matçın çətin keçəcəyini, lakin təmsilçimizə qalib gəlmək gücündə olduqlarını söyləyib: "Sabah qarşımızda intizamlı komanda olacaq. Onlara qarşı daha çox güc sərf edəcəyimiz gözlənilir. "Qarabağ" çox yaxşı kollektivdi. Rəqibin heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki, onlar yaxşı oyunçulardan təşkil olunmuş komandadı. Lakin "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər də var".

Hilyemark komandasının şanslarını yüksək qiymətləndirib: "Sabahkı matçı səbirsizliklə gözləyirik. 2024-cü ildə son görüşümüzə çıxacağıq. Ümid edirik ki, bizim üçün uğurlu olacaq. Düşüncələrimizi meydanda tam həyata keçirsək, bu komandaya qalib gələ bilərik. Diqqətli, intizamlı oynasaq, qələbə əldə edə bilərik. Bu güc bizdə var".

Xatırladaq ki, "Elfsborq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC