Qurban Qurbanov İsveçdəki matçı çox vacib sayır: "Düşüncələrimiz tam həyata keçsə, "Elfsborq"a qalib gəlmək gücündəyik"

"Qarabağ" Avropa Liqası Liqa mərhələsinin turu çərçivəsində sabah İsveçdə "Elfsborq"un qonağı olacaq.

Presssport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qarşıdakı matçdan gözləntilərini açıqlayıb.

- Hər iki komanda üçün vacib oyundu. Aramızda xal fərqi azdı. Rəqibin baş məşqçisinin açıqlamalarını oxumuşam. Hiss olunur ki, çox ciddi hazırlaşırlar və səbrsizliklə bu oyunu gözləyirlər. Sabah bizə daha çox güc sərf etmək lazım olacaq. Səliqəli oynamaq çox vacibdir. Çalışacağıq ki, meydanı sərfəli nəticə ilə tərk edək. Sabahkı matça tam olmasa da, hazırıq.

- Komandanın qələbə qazanmaq şansı var?

- Əvvəldə qeyd etdiyim kimi, çox vacib oyundu. 3 xal qazanacaq gücdəyik. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda rəqibindən 3 xal ala bilər. Sabah qarşımızda intizamlı rəqib olacaq. Düşüncələrimiz tam həyata keçsə, "Elfsborq"a qalib gəlmək gücündəyik. Diqqətli və intizamlı oynayıb bunu əldə edə bilərik. Bu güc bizdə var. Amma digər nəticələri də gözə almalıyıq.

- Heyətdə itkilər var. Start heyəti müəyyənləşdirmisiz?

- Bəli, itkilərimiz var, ələlxüsus da müdafiə xəttində. Kevin Medina, Bəhlul Mustafazadə yoxdu. Bu, görünən tərəfidir. Bundan başqa bəzi, oyunçuların mikrozədələri var. Bu, bizi narahat edir. Sabaha kimi vaxtımız var. Həkimlərlə məsləhətləşəndən sonra qərarımızı verəcəyik. Meydança amili də var. Süni örtük həmin zədələrə mənfi təsir edə bilər. Təcrübəli oyunçulara sahibik. Həmin mövqelərdə düzgün addımlar atmağa çalışacağıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC